Heydər Əliyevin ömür yolundan bəhs edən tamaşanın premyerası baş tutdu

MƏDƏNİYYƏT
00:15 09.05.2013
1792
Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış “Qurtuluş dastanı” adlı tamaşanın premyerası keçirilib. 
RİH-dən AZXEBER.COM-a məlumata görə, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının ifasında şair-dramaturq İftixarın “Qurtuluş dastanı” adlı tamaşa Heydər Əliyevin ömür yolundan, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edir.

Çox böyük maraqla izlənən tamaşanın premyerasında millət vəkilləri - Madər Musayev, Rafael Cəbrayılov və Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR