“Heydər Əliyevin qarşımıza qoyduğu məqsədlərə çatmışıq”- Əli Həsənov

“Heydər Əliyevin qarşımıza qoyduğu məqsədlərə çatmışıq”-  Əli Həsənov
SOSİAL
15:20 26.05.2016
1637
Bu gün Bakı Dövlət Universitetində (BDU) 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru Abel Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) çox böyük əsərləri olduğunu deyərək, BDU-nun da bu yadigarlardan biri olduğunu qeyd edib.
O, AXC dönəmində təhsilə verilən qiymətə toxunaraq, bütün sahələrdə islahatlar aparıldığını vurğulayıb. A. Məhərrəmov bildirib ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanma təhlükəsindən xilas edib: "Ümummilli liderin hakimiyyəti dövründə Azərbaycan çox böyük nailiyyətlərə imza atdı və həmin siyasət hazırda ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov çıxışında AXC-nin tarixi, AXC dövründəki ictimai-siyasi vəziyyət və digər məsələlərə toxunub. O, AXC hakimiyyətinin mənfi və müsbət qərarlarının olduğunu vurğulayıb: "O vaxt sərhəd bölgələrində tənzimlənmə məsələləri aparıldı, dostluq və qonşuluq haqqında öhdəliklər götürüldü. Çox təəssüf ki həmin dövrdə bu gün bizi içimizdən yandırıb yaxan qərar verildi. Çox təəssüf ki, Xalq Cümhuriyyətinin qurucuları o zaman Aleksandropol quberniyası adlanan İrəvan xanlığının ərazisini ermənilərə milli dövlət yaratmaq üçün güzəştə getdi. Əlbəttə ki, o zaman ermənilər dövlət yaratmaq məsələsini ciddi şəkildə qoymuşdular və yaradacaqdılar. Amma niyə bu, məhz Azərbaycan ərazisində olmalıydı?"
Ə. Həsənov eyni zamanda qeyd edib ki, həmin vaxt Osmanlı imperiyasının İrəvan xanlığının itirilməsində vermədiyi dəstəyi Bakının azad olunmasında ifadə olunub: "Bakı işğaldan azad olundu və sonrakı dövrdə milli paytaxta çevrilə bildi. Xalq Cümhuriyyəti hökumətinin Bakıya köçürülməsi və ondan sonra burada fəaliyyət göstərməsi Xalq Cümhuriyyəti qurucularının Azərbaycan xalqı qarşısında da ən böyük xidmətlərindən biridir. Çünki İrəvan və başqa ərazilər itirilən kimi Bakı da itirilə bilərdi".
Ə. Həsənov qeyd edib ki, 23 ay fəaliyyət göstərən AXC digər əsas uğuru Azərbaycan dövlətinin əsas təsisatlarının yaradılması olub: "Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrkən o hakimiyyətin qurduğu bütün təsisatlara yenidən qayıtdıq, onların yaratdığı demokratik idarəçilik sistemi, vətəndaş birliyi ideyaları, sivil vətəndaş cəmiyyəti normaları, bazar iqtisadiyyatı prinsipləri, region ölkələri ilə əməkdaşlıq normaları- bütün sahələr üzrə Xalq Cümhuriyyətinin müvafiq təsisatlarına sahib çıxdıq".
Ə. Həsənov Azərbaycanın ikinci dəfə müstəqillik əldə etdikdən sonra baş verən proseslərə də toxunub və bildirib ki, müstəqilliyi Azərbaycan xalqı qazanıb: "O dövrdə Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti "türkün türkdən başqa dostu yoxdur" deyərək Azərbaycanda etnik qarşıdurmaya rəvac vermişdi. Ümummilli lider isə xüsusi çağırışla Azərbaycan ərazisindəki bütün vətəndaşların milli birlik platformasını elan etdi və bunu təməl prinsipi kimi qoydu. Hakimiyyətə gələn kimi də dərhal bunun ideoloji əsaslarını işləyib hazırladı və dövlət səviyyəsinə qaldırdı. Bu, azərbaycançılıq ideologiyası idi. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq hər kəs Azərbaycan dövlətinə bağlılıq hissi ilə yaşayır və dövlət bütün vətəndaşlara eyni şəkildə xidmət göstərir. Heydər Əliyevin ikinci əsas prinsipi cəmiyyətdə mövcud qarşıdurmanın aradan qaldırmaq üçün dövlət təsisatlarının yaradılması və möhkəmləndirilməsi idi.
Ə. Həsənov əlavə edib ki, bu gün Azərbaycan Heydər Əliyevin qarşısına qoyduğu əsas məqsədlərə çatıb: "Bu gün Azərbaycan formalaşmış bir dövlətdir. Özünün iqtisadiyyatı, güclü ordusu var. Azərbaycanda milli birlik mövcuddur və bu, Azərbaycanın yürütdüyü siyasətdə öz əksini tapır. Azərbaycanın beynəlxalq aləmdə çox gözəl münasibətləri var. Hazırda dünyanın əsas enerji təchizatçılarından və sivil birgəyaşayış normalarına sahib tərəfdaşlarından biri statusunu qazanıb. Ölkəmizin yürütdüyü siyasət bu gün bütün dünyanı əhatə edir. Bu anlamda 93 illiyini qeyd etdiyimiz Azərbaycan dövlətinin təməli sağlamdır, onun idarəçiliyində sağlam insanlar durub".
Çıxışlardan sonra Üzeyir Hacıbəyovun əsərləri əsasında hazırlanmış "Məsəl, ya..." tamaşası nümayiş etdirilib.
APA.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məsud Pezeşkian: Azərbaycan və İran ticarət, elm, təcrübə, texnologiya mübadiləsi üçün bir məkandır
20:18 28.04.2025
Məsud Pezeşkian: Azərbaycan və İran ticarət, elm, təcrübə, texnologiya mübadiləsi üçün bir məkandır
Paşinyan: Ermənistan Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil
20:16 28.04.2025
Paşinyan: Ermənistan Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil
Şəkidə iki avtomobil toqquşub, xəsarət alan var
20:13 28.04.2025
Şəkidə iki avtomobil toqquşub, xəsarət alan var
Azərbaycan Prezidenti: Araz dəhlizi layihəsi həm bölgəmizdə, həm dünyada böyük diqqət cəlb edir
20:10 28.04.2025
Azərbaycan Prezidenti: Araz dəhlizi layihəsi həm bölgəmizdə, həm dünyada böyük diqqət cəlb edir
Məşhur italiyalı tennisçi öz adını daşıyan fond təsis edib
19:35 28.04.2025
Məşhur italiyalı tennisçi öz adını daşıyan fond təsis edib
Azərbaycanda 84 yaşlı həkim itkin düşdü
19:20 28.04.2025
Azərbaycanda 84 yaşlı həkim itkin düşdü
İspaniyanın elektrik enerjisini bərpa etmək üçün 6-10 saat lazımdır
19:10 28.04.2025
İspaniyanın elektrik enerjisini bərpa etmək üçün 6-10 saat lazımdır
İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
18:58 28.04.2025
İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
Çin səfiri: ABŞ iqtisadi zorakılıqla məşğuldur
18:47 28.04.2025
Çin səfiri: ABŞ iqtisadi zorakılıqla məşğuldur
Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
18:35 28.04.2025
Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
18:33 28.04.2025
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
18:16 28.04.2025
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
17:49 28.04.2025
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
17:43 28.04.2025
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
17:37 28.04.2025
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
17:25 28.04.2025
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"