'Heyətimizdəki hər bir futbolçu özünə görə ulduzdur' - Böyükağa Hacıyev

İDMAN
18:02 12.06.2013
1250
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin "azerisport.az" saytına müsahibə verib.- Çempionlar Liqasına hazırlıq planlarınız necə olacaq?- İyunun 19-da Avstriyaya təlim-məşq toplanışına yollanacağıq. Orda iki həftə hazırlıq keçəcəyik, bir neçə yoxlama oyununda qüvvəmizi sınayacağıq. İlk həftədə istirahət olmayacaq. Toplanış dövründə altı sınaq matçı keçirməyimizi istəyirəm. İlk rəqib ortabab komanda olsa, daha yaxşı olardı. Amma qalanları güclü komandalar olmalıdı. İyunun 24-də ÇL-in ikinci təsnifat mərhələsindəki rəqibimiz müəyyənləşəcək. Ondan sonra məhz bu oyuna hazırlaşacağıq. Rəsmi oyunlara qədər hazır olmaq çox vacibdi.- “Neftçi”ni püşkatma mərasimində kim təmsil edəcək?- Özüm iştirak etmək istərdim. Amma belə vacib bir dönəmdə komandamı diqqətdən kənarda qoymaq istəmirəm. Ona görə böyük ehtimalla, bu mərasimə klubun vitse-prezidenti Tahir Süleymanov yollanacaq. Mümkün rəqiblərdən ən optimalı ilə qarşılaşmağımızı istərdim.- Deməli, startda güclü rəqiblə qarşılaşmaq istəmirsiz?- Bu, istirahətdən sonra futbolçularımızın ilk vacib oyunu olacaq. Belə uzun fasilədən sonra dərhal yüksək səviyyəli oyun sərgiləmək həmişə ağır olur. Uşaqların özlərinə gəlməsi üçün vaxt lazımdı. Həm də yəqin ki, komandaya yeni oyunçular gələcək və onların da uyğunlaşmasına zaman lazımdı. Amma istənilən rəqiblə oyuna hazır olmalıyıq. Mümkün qədər yaxşı çıxış etmək istəyirik. Bunun üçün isə yolumuza çıxan hər rəqibə qalib gəlməyi bacarmalıyıq.- “Neftçi”nin qarşısına konkret hansı hədəf qoyulub?- “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolunda yeni tarix yazdı. İndi də Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Çoxları bunu mümkünsüz hesab edir. Amma biz heyəti gücləndirsək, ÇL-in qrupuna düşə bilərik. Klub prezidenti Sadıq Sadıqov komandadan həmişə maksimum nəticə tələb edir. O, “Neftçi”nin hər mövsüm azarkeşlərini sevindirməsini istəyir.- Nikolas Kanales, Julius Vobay və Erik Ramosla danışıqlar nə yerdədi?- “Neftçi” onların hər üçünün komandada qalmasında maraqlıdı. Hələlik danışıqlar davam edir. Hər şeyə bu həftə aydınlıq gəlməlidi. İndi onlardan hansının qalacağına, hansının gedəcəyinə dair əminliklə bir söz demək mümkün deyil. Bu futbolçular komandamız üçün çox iş görüblər. Yenidən komanda formalaşdırmaq istəməzdik. Komandanın özəyini saxlamaq üçün əlimizdən gələni etməliyik. Yeni mövsümdə əsas zərbə qüvvəmiz də məhz bu olmalıdı.- Bəs onlar “Neftçi”ni tərk etsələr necə olacaq?- Komanda 2-3 futbolçudan asılı olmamalıdı. “Neftçi”də hər bir futbolçunun öz yeri var. Hazırda bir sıra legionerlərlə də danışıqlar aparırıq. Yeni gələnlərin hər biri komandada layiqli əvəzləyici olacaq. Odu ki, kiminsə getməsindən qorxmuruq.- Kanalesin “Neftçi”nin əzəli rəqibi “Xəzər Lənkəran”a keçəcəyi barədə söhbətlər dolaşır...- Ondan başlayaq ki, Kanales onun uğurlarında “Neftçi”nin rolunu unutmamalıdı. Çoxları onun komandamızda oynamağa başlayarkən hansı vəziyyətdə olduğunu yaxşı xatırlayır. Əgər o, “Xəzər Lənkəran”a keçsə, uğurlar arzulayacağıq. “Neftçi” isə öz yeni Kanalesini yaradacaq. Onun istənilən qərarı vermək hüququ var. Amma fikrimcə, Kanales də onun üçün etdiklərimizi unutmamalıdı.- Səs-küylü transferlər gözləməyə dəyər?- “Neftçi”yə ulduz futbolçu lazım deyil. Ondansa 2-3 yüksək səviyyəli oyunçu almağımız daha məsləhətlidi. Onsuz da heyətimizdəki hər bir futbolçu özünə görə ulduzdu.- Siz bu yaxınlarda Moskvadan qayıtmısız. Həkimlər səhhətinizlə bağlı nə dedilər?- Hər şeyin qaydasında olduğunu bildirdilər. Müayinələr yaxşı keçdi. Özümü işləməyə hazır hiss edirəm. Moskvadan döndükdən sonra işləməyə daha həvəsliyəm.- “Neftçi” son mövsümdə qızıl dubl etdi. Bundan sonrakı hədəfləriniz nədən ibarətdi?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
19:57 24.09.2025
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
19:53 24.09.2025
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
19:53 24.09.2025
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
19:48 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO
19:46 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO
İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR
19:42 24.09.2025
İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR
Britaniyada Avropadakı hava limanlarının işini iflic edən kiberhücumla bağlı bir nəfər saxlanılıb
19:41 24.09.2025
Britaniyada Avropadakı hava limanlarının işini iflic edən kiberhücumla bağlı bir nəfər saxlanılıb
İran və Rusiya kiçik AES-lərin tikintisi barədə razılığa gəlib
19:24 24.09.2025
İran və Rusiya kiçik AES-lərin tikintisi barədə razılığa gəlib
NATO Baş katibi ABŞ-a səfər edəcək
19:16 24.09.2025
NATO Baş katibi ABŞ-a səfər edəcək
Bu kampaniyada qiymətlər danışacaq - FOTO
19:08 24.09.2025
Bu kampaniyada qiymətlər danışacaq - FOTO
Dallasda silahlı hücum olub, 3 nəfər yaralanıb
19:04 24.09.2025
Dallasda silahlı hücum olub, 3 nəfər yaralanıb
İspaniya müdafiə nazirinin təyyarəsinin Kalininqrad yaxınlığında GPS-i pozulub
18:50 24.09.2025
İspaniya müdafiə nazirinin təyyarəsinin Kalininqrad yaxınlığında GPS-i pozulub
Kanada Ukraynaya kibertəhlükəsizliyini möhkəmləndirmək üçün yardım edəcək
18:35 24.09.2025
Kanada Ukraynaya kibertəhlükəsizliyini möhkəmləndirmək üçün yardım edəcək
Meloni və Şaraa ABŞ-da görüşüb
18:19 24.09.2025
Meloni və Şaraa ABŞ-da görüşüb
Ekitikeni təriflədi: “İnanılmaz dərəcədə zəhlətökəndir”
17:48 24.09.2025
Ekitikeni təriflədi: “İnanılmaz dərəcədə zəhlətökəndir”
Tramp: Yaxın Şərq ölkələrinin liderlərini bir araya gətirməli və müharibəyə son qoymalıyıq
17:40 24.09.2025
Tramp: Yaxın Şərq ölkələrinin liderlərini bir araya gətirməli və müharibəyə son qoymalıyıq