Heyvanlar üçün də korona vaksini hazırlandı

SAĞLAMLIQ
22:38 15.12.2021
275
ABŞ-da heyvanlara koronavirusdan qorumaq üçün xüsusi vaksin vurulacaq. Peyvənddən ölkədəki zooparklarda istifadə etməyə başlayıblar.

AZXEBER.COM xarici KİV-ə istinadən bildirir ki, peyvənd ilk olaraq nəsli tükənməkdə olan heyvanları qorumaq üçün təcili istifadə icazəsi alıb.

ABŞ-ın Arizona ştatındakı Phoenix zooparkının baytarları ziyarətçilərlə yaxın təmasda olan 75 heyvana xüsusi koronavirus peyvəndinin ilk dozasını tətbiq ediblər.

Peyvənd Nyu-Cersidə yerləşən və beynəlxalq heyvan sağlamlığı şirkəti "Zoetis" tərəfindən xüsusi olaraq heyvanlar üçün hazırlanıb. /medicina.az

OXŞAR XƏBƏRLƏR