İnsanlar kimi bir çox heyvan da yuxu görür. Ancaq heyvanların yuxularında nə gördükləri tam məlum deyil. Bununla bağlı araşdırmalar isə çox maraqlı nəticələr ortaya çıxarıb.
AZXEBER.COM xəbər verir ki, tam dəqiqliklə məlum olmasa da, heyvanların gündəlik həyatda gördükləri fəaliyyətlərini yuxuda gördükləri təxmin edilir.
Heyvanlar da insanlar kimi yuxuda hər cür səs çıxara və hərəkət edə bilirlər. Bir çox heyvanların yuxu zamanı ayaqları tərpənir və ya bəzi heyvanların yuxuda ulama səsi eşidilir. Mütəxəssislər bunları müxtəlif yuxu əlamətləri kimi şərh edirlər.
İnsanlar kimi, digər heyvanlar da yuxu zamanı bir neçə yuxu dövründən keçir. Yuxu 3 hissədən ibarətdir: oyaqlıq, sürətli göz hərəkəti (REM) yuxusu və sürətli göz hərəkəti olmayan yuxu dövrləri.
Sürətli göz hərəkətlərinin meydana gəldiyi REM yuxusu yuxu zamanı yuxuların göründüyü mərhələ olaraq xarakterizə edilir.
Aydın