AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 26 yaşlı Ramiz Rüstəmov özlərinə məxsus 85 baş qoyun-quzunu otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb. Valideyni ondan şübhələnərək hərəkətə keçib.
Yaxınlarının bildirdiyinə görə, hadisə iki gün əvvəl baş verib və gəncdən həmin vaxtdan etibarən heç bir xəbər almaq mümkün olmayıb. Ötən gün isə Təsərrüfat sahibi Xırdalanda qəssabxanaların birinə gedərək qoyunlarını tanıyıb.
Ailə üzvləri bildirir ki, bundan əvvəl də övladları bir neçə dəfə eyni hadisəni törədib və sonradan evə qayıdıb. Amma bu dəfə övladlarının da yoxa çıxması onların təşvişinə səbəb olub.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.











































