Parlamentdə heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi təklif olunub.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev plenar iclasda çıxış edib.
Deputat hesabatdan sitat gətirərək bildirib ki, ölkədə xırda və iribuynuzlu mal-qaranın sayı ötən illə müqayisədə azalıb:
"Bunun da qarşısını almaq vacibdir. Ona görə də sözügedən yöndə müvafiq addımlar atmalıyıq. Həmçinin yaş həddinin müəyyən olunması işbazların qarşısını alacaq. Bundan başqa, əti yeyilə bilən heyvanların siyahısı hazırlanmalıdır. Bəzən işbazlar mənşəyi məlum olmayan ətləri vətəndaşlara satırlar".