Heyvanların yemədiyi əti insanlara satmaq istədilər - VİDEO

Heyvanların yemədiyi əti insanlara satmaq istədilər - VİDEO
SOSİAL
00:13 10.09.2016
1705

İsmayıllıda at əti məhv edildi, satıcı tutuldu.

İsmayıllıda rayon Polis Şöbəsinin və İsmayıllı rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən müsadirə olunmuş 350 kq at əti məhv edilib.

Respublika Dövlət Baytarlıq Laboratoriyasına göndərilən ətin heyvan qidası üçün yararsız olduğu müəyyənləşib.

İsmayıllı rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən əvvəlcə dezinfeksiya işləri aparılıb və ət basdırılıb. İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində at ətinin satışı ilə məşğul olan şəxs saxlanılıb.

38 yaşlı Vüqar Ziriyev gizlin şəkildə qanunsuz olaraq 3 baş at kəsərkən yerindəcə tutulub.

OXŞAR XƏBƏRLƏR