Heyvansevərlərdən qəribə etiraz aksiyası - FOTOLAR
DÜNYA
18:01 03.12.2012
6518
Heyvanların hüquqlarının müdafiəsinə qalxan bir qrup fəal İspaniyanın paytaxtı Madriddə etiraz aksiyası keçirib.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, nümayişçilər çılpaq şəkildə paytaxtın mərkəzi küçələrində üzərlərinə süni qan vuraraq yerə uzanıblar.Etiraz aksiyasının iştirakçıları arasında gənc qız və oğlanlar olub. Onlar bu yolla dünyada heyvanların öldürülməsinə etirazlarını bildirməyə çalışıblar.Onlar həmçinin müasir geyim istehsalında heyvanların xəzlərindən istifadə olunmasına son qoymağı da tələb ediblər.