Hicaba konkret qadağa qoyulubmu?

MARAQLI
21:54 25.11.2010
2481

Hicablı qızların məktəbə buraxılmaması məsələsi daim həm müzakirə, həm də mübahisə obyekti olub. Bu üzdən təhsil naziri Misir Mərdanov hicab məsələsinə münasibət bildirərək bu məsələdə mövqeyinin qəti olduğunu qeyd edib. “Hicabla bağlı bizim mövqeyimiz qətidir. Biz vahid məktəbli forması tətbiq edilməsilə bağlı qərara gəlmişik. Ona görə də, Azərbaycan məktəbində hamı məktəbli forması ilə gəlməlidir. Lazim gəlsə, biz hicabla gələnlərin məktəbə daxil olmasına qadağa qoya bilərik”, - deyə Misir Mərdanov vurğulayıb.

Təhsil nazirinin bir sıra məktəblərdə şagirdlərin dərsə hicabla gəlməsi məsələsinə münasibətindən sonra direktorlar bu çıxışı əllərində bayraq tutaraq, hicablı şagirdləri məktəblərə buraxmır. Məsələn, Nəsimi rayon 5 saylı orta məktəbin X sinif şagirdi Zəhra Bağırova sentyabrın 15-dən məktəbə hicabla gəlib. İndi nazirin məlum açıqlamasından sonra məktəb rəhbərliyi ona bildirib ki, hicabla dərsə gəlmək olmaz. “Mən daima məktəbli formasında gəlmişəm. Dini əqidəmə görə, 9 yaşından hicab bağlayıram. Direktor Nərminə xanım deyir ki, hicabla gəlsən, xaric ediləcəksən”, - deyə Zəhra Bağırova bildirib.

Z.Bağırovanın sözlərinə görə, onun kimi digər başı bağlı şagirdlər də eyni problemlə üzləşib. Problem valideynləri də narahat edir. Məsələn, Zəhranın atası Akif Bağırovun sözlərinə görə, uşaqlar dərsə buraxılmamaqla həm də təhsildən kənarda qalır. Valideynin sözlərinə görə, problem son 3 gündə yaranıb. O bildirib ki, onun 3 qızı bu məktəbi bitirib və hər 3 qız hicablı olub. Heç bir narahatlıq da yaranmayıb.

“Təhsil nazirinin çıxışı oldu, məktəblər hərəkətə keçdilər”, - deyə Akif Bağırov qeyd edib.

Məsələ ilə əlaqədar 5 saylı məktəbin direktoru Nərminə Gündüzlü bildirdi ki, konkret olaraq, nə Təhsil Nazirliyindən, nə də Bakı şəhər Təhsil İdarəsindən göstəriş alıblar. Sadəcə bu məktəbdə şagirdin hicabla məktəbə gəlməsi məqbul sayılmır. Direktor hesab edir ki, şagirdin hicabla məktəbə gəlməsi problemlərə yol açır. “Yaranan problemlərdən biri idmanla bağlıdır. Bu qızlar idman dərsinə girmirlər”, - deyə məktəb direktoru vurğulayıb.

Direktor bildirib ki, hicablı şagirdlərin heç biri sinifdən çıxarılmayıb. Yəni, valideynin şikayəti əsassızdır. Nərminə xanımın sözlərinə görə, hazırda hicablı şagirdlərdən ikisi dərsdə iştirak edir. Direktor onlara fikirləşmək üçün vaxt verib. 

Qeyd edək ki, Təhsil naziri Misir Mərdanov hicab məsələsilə bağlı konkret veto qoyulmasını istəməyib. Nazir sadəcə bildirib ki, şagird məktəbə məktəb formasında gəlməlidir. //Ans Press

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir