Olimpiya çempionumuz Hidayət Heydərov kimdir? – DOSYE

Olimpiya çempionumuz Hidayət Heydərov kimdir? – DOSYE
İDMAN
11:19 30.07.2024
2581
Dünən Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub. 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbula (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovadan (Kosovo) güclü olub. Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.

AZXEBER.COM yenisabah.az-a istinadən Azərbaycan adına 2024-cü il Yay Olimpiya Oyunlarının ilk medalını qazanan Hidayət Heydərovun tərcümeyi-halını oxuculara təqdim edir:

Hidayət Heydərov 27 iyul 1997-ci ildə Qazaxıstan Respublikasının Karaqanda şəhərində dünyaya gəlib. Onun ailəsi əslən Göyçayın Alxasava kəndindəndir. Hidayət 3 yaşında olarkən ailəsi Bakıya köçüb. Atası Hidayət 6 yaşında olarkən, dostlarının da məsləhətilə onu "Neftçilər" metrostansiyasının yaxınlığına yerləşən cüdo məktəbinə yazdırır. Atası bu yolla oğlunun daha dayanıqlı olmasını, hücumlardan özünü qorumasını istəyirdi. Hidayətin ilk müəllimi Tərlan Həsənov olub. O, hələ də ilk məşqçisiylə çalışır. Millidə məşqçisi isə Mehman Əzizovdur.

2012-ci ildə kadetlər arasında Azərbaycan çempionatında bürünc medal qazanıb. 2013-cü ildə kadetlər arasında Avropa və böyüklər arasında Azərbaycan çempionu olub. 2014-cü ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən kadetlər arasında Avropa birinciliyində 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov portuqaliyalı David Reisə, israilli Oran Ginerə, gürcüstanlı Beka Udesianiyə və isveçrəli Naim Matta qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Rusiya cüdoçusu İsmayıl Çasiqovdan üstün olan Heydərov bir il əvvəl olduğu kimi, yenə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2015-ci ildə BƏƏ-nin Əbu-Dabi şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb. 2017-ci ildə Polşanın paytaxtı Varşava şəhərində keçirilən Avropa çempionatında iştirak edən Hidayət Heydərov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, ispaniyalı Xavyer Ramires, türkiyəli Həsən Vanlıoğlu, isveçli Tommi Masyak və macarıstanlı Mikloş Unqvarini yendikdən sonra finala çıxıb. Həlledici görüşdə o, rusiyalı Musa Moquşkova qızıl xalla qalib gələrək, Avropa çempionu olub.

23 aprel 2017-ci ildə Avropanın "Ən yaxşı gənc cüdoçu"su mükafatına layiq görülüb. 13 may 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov finalda azərbaycanlı Rüstəm Orucovu üstələyərək qızıl medala yiyələn cüdoçu olub. 2022-ci ilin fevralında Təl-Əviv Böyük Dəbilqəsinin qalibi olur. Həmin ilin aprelində beş illik aradan sonra Bolqarıstanın paytaxtı Sofiyada ikinci dəfə Avropa çempionatının qızıl medalını qazanır.

Hidayət Heydərov hələ kiçik vaxtlarından döyüş idman növləri ilə yanaşı, futbola da maraq göstərib. O, uşaq yaşlarından "Mançester Yunayted" futbol klubunun qatı azarkeşidir. Hidayət boş vaxtlarında futbol və basketbol oynamağı sevir.

Ailəlidir, həyat yoldaşı Leyla Şahin tanınmış blogerdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Laricani: İran ABŞ-dan fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb
18:00 02.03.2026
Laricani: İran ABŞ-dan fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb
ABŞ İrana qarşı hərbi əməliyyatlar davam edərkən daha çox itki gözləyir
17:40 02.03.2026
ABŞ İrana qarşı hərbi əməliyyatlar davam edərkən daha çox itki gözləyir
Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlandı
17:28 02.03.2026
Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlandı
ABŞ hərb naziri: İranda rejim dəyişəcək
17:22 02.03.2026
ABŞ hərb naziri: İranda rejim dəyişəcək
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq
17:20 02.03.2026
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq
ABŞ-nin dörd hərbçisi İrana qarşı hərbi əməliyyatlarda həlak olub
17:10 02.03.2026
ABŞ-nin dörd hərbçisi İrana qarşı hərbi əməliyyatlarda həlak olub
İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat rəisi öldürülüb
16:57 02.03.2026
İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat rəisi öldürülüb
Prezident Aleksey Overçuku qəbul qəbul etdi - FOTOLAR
16:56 02.03.2026
Prezident Aleksey Overçuku qəbul qəbul etdi - FOTOLAR
ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır
16:53 02.03.2026
ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır
Məşhur müğənninin anasının vəziyyəti ağırdır
16:34 02.03.2026
Məşhur müğənninin anasının vəziyyəti ağırdır
ADNSU “Oxford Said ilə Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” üzrə əməkdaşlıq elan edir
16:28 02.03.2026
ADNSU “Oxford Said ilə Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” üzrə əməkdaşlıq elan edir
Tramp: İran razılığa gəlmək istəyir
16:23 02.03.2026
Tramp: İran razılığa gəlmək istəyir
Qətərin enerji nəhəngindən şok addım: Təbii qaz istehsalı dayandırıldı
16:11 02.03.2026
Qətərin enerji nəhəngindən şok addım: Təbii qaz istehsalı dayandırıldı
Partlayış səsləri eşidiləcək - Narahatçılığa əsas yoxdur
16:04 02.03.2026
Partlayış səsləri eşidiləcək - Narahatçılığa əsas yoxdur
Unibank Şirvanda yeni filialını açıb
16:01 02.03.2026
Unibank Şirvanda yeni filialını açıb
Deputat: “Aviabiletlərin bahalığı turist axınına maneə törədən amillərdən biri kimi qalır”
16:01 02.03.2026
Deputat: “Aviabiletlərin bahalığı turist axınına maneə törədən amillərdən biri kimi qalır”