Hidayət Heydərov çempion oldu

Hidayət Heydərov çempion oldu
İDMAN
21:36 08.11.2025
274
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

AZXEBER.COM xəbər verir ki, o, finalda özbəkistanlı Şakram Ahadovla qarşılaşıb.

Rəqibini məğlub edən Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, H.Heydərov 2017-ci ildə Bakıda təşkil edilən İslamiadanın da qalibi olmuşdu.
OXŞAR XƏBƏRLƏR