Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Budapeştdə Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç ilə görüşüb.
AZXEBER.COM xəbər verir ki, H.Hacıyev bu barədə "X" sosial media hesabında paylaşım edib.
Prezidentin köməkçisi görüşün səmərəli keçdiyini bildirib.
"Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq.
Mövcud qlobal çağırışlar fonunda türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir", - paylaşımda bildirilib.
Budapeştdə Akif Çağatay Kılıç, Türkiyə Prezidentinin baş müşaviri ilə səmərəli görüşümüz oldu.
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 27, 2026
Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və… pic.twitter.com/Y4spEnGXT0










































