Hikmət Hacıyev: "Amnesty International" bir daha nə qədər birtərəfli, qərəzli bir təşkilat olduğunu göstərdi"

Hikmət Hacıyev: "Amnesty International" bir daha nə qədər birtərəfli, qərəzli bir təşkilat olduğunu göstərdi"
SİYASƏT
11:53 06.10.2020
836

"Amnesty International” bir daha nə qədər birtərəfli, qərəzli, ikili standartlardan çıxış edən, yalnız kağız üzərində müstəqil və ermənipərəst bir təşkilat olduğunu göstərdi.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Amnesty International”un Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-də törətdiyi hərbi təcavüzlə əlaqədar tamamilə həqiqətdən uzaq açıqlaması ilə bağlı şərhində deyib.

H.Hacıyev bildirib ki, özünü yalandan qeyri-hökumət təşkilatı adlandıran "Amnesty International” əslində siyasi sifarişlər yerinə yetirməklə QHT fəlsəfəsinə böyük zərbə vurur: "Biz "Amnesty International”ın bu açıqlamasını rədd edirik. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün öz ərazimizdə vuruşur və yalnız legitim hərbi hədəflərə yüksək dəqiqliklə zərbələr endirir. Ordumuz mülki əhalini və obyektləri hədəfə almır və kasetli sursatlardan istifadə etmir.

Əgər Ermənistan kasetli sursatların istifadəsindən narahatdırsa, o zaman Kasetli hərbi sursatlar haqqında konvensiyaya ilk növbədə özü qoşulsun. Lakin bunu etməyən Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı kasetli sursatlardan istifadə edir.

Sual olunur. "Amnesty International” nəyə görə cəbhə zonasından uzaqda yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, böyük su anbarı və elektrik stansiyasının, eləcə də digər strateji obyektlərin yerləşdiyi Mingəçevirin mülki əhalisinə qarşı Ermənistanın raket hücumlarını görməzdən gəlir. Sentyabrın 27-dən bu günə kimə Ermənistanın hücumları nəticəsində 27 mülki şəxs həlak olmuş, 141 mülki şəxs isə yaralanmışdır. Bundan əlavə, 63 mülki obyekt və 376 yaşayış evi yararsız hala düşmüşdür.

Ermənistanın bu raket hücumları beynəlxalq mülki aviasiya üçün də böyük təhlükə törədir.

Bundan başqa, Azərbaycanı Kasetli hərbi sursatlar haqqında konvensiyaya qoşulmağa çağırmaqla özünü "ədalət çarçısı” kimi qələmə verən "Amnesty International” nədən Ermənistanı BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən geri çəkilməsini tələb edən qətnamələrini icra etməyə çağırmır.

Bu saxtakar təşkilat Azərbaycan cəmiyyətində ikrah doğurur. "Amnesty International” və bu qəbildən olan "qeyri-hökumət təşkilatları”nın fəaliyyətinə ən düzgün qiyməti sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı Prezident İlham Əliyev vermişdir".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
12:57 12.10.2026
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
12:48 12.10.2026
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
12:46 12.10.2026
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
12:38 12.10.2026
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
12:36 12.10.2026
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
12:34 12.10.2026
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
12:14 12.10.2026
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
12:06 12.10.2026
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
12:02 12.10.2026
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
11:58 12.10.2026
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
11:57 12.10.2026
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
11:51 12.10.2026
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
11:49 12.10.2026
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
11:47 12.10.2026
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
11:45 12.10.2026
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
11:39 12.10.2026
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR