Hikmət Hacıyev: “Azərbaycan hər zaman İranla əlaqələrin inkişafında maraqlı olub”

Hikmət Hacıyev: “Azərbaycan hər zaman İranla əlaqələrin inkişafında maraqlı olub”
SİYASƏT
20:29 20.11.2022
346
"İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin İran mediasına verdiyi açıqlaması ilə tanış olmuşuq”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Agentliyin ”İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycan-İran əlaqələri haqqında bəyanatla çıxış edib ölkələrimizin ortaq tarixi irsə və adət-ənənələrə malik olduğunu qeyd edib, Azərbaycan Respublikası xalqını "gözümüzün işığı” adlandırıb və son günlərdə bəzilərinin qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayilər yaydığını deyib. Bu barədə nə deyərdiniz?” sualına cavabında H. Hacıyev deyib: "Əli Əkbər Vilayətinin xalqlarımızın ortaq tarixi, dini, mədəni irsə və adət-ənənlərə malik olması və bütövlükdə Azərbaycan-İran əlaqələri barəsində səsləndirdiyi qeydlərini müsbət qiymətləndirir və təqdir edirik.

Təəssüflə qeyd etmək istərdik ki, son dövrlərdə İran İslam Respublikasının bəzi rəsmi şəxslərinin, parlament üzvlərinin və güc strukturlarının nümayəndələrinin bir sıra açıqlamaları iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Azərbaycan Respublikası bu gərginliyin yaranmasının təşəbbüskarı olmaypb. Xüsusilə onu bildirmək istərdim ki, Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin iki hərbi təlim keçirməsi ölkələrimiz arasında etimadın güclənməsinə xidmət etməyib, əksinə bu etimada mənfi təsir göstərib.

Azərbaycan Respublikası bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İran İslam Respublikası ilə əlaqələrin inkişafında maraqlı olub və bu gün də bu belədir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kapital Bank ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankdır
16:46 03.07.2026
Kapital Bank ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankdır
Vüqar Novruzov 655 bal toplayan şəhid övladı ilə görüşdü - FOTOLAR
16:44 03.07.2026
Vüqar Novruzov 655 bal toplayan şəhid övladı ilə görüşdü - FOTOLAR
Xaricdə təhsil alanlara niyə tələbə krediti verilmir? - AÇIQLAMA
16:31 03.07.2026
Xaricdə təhsil alanlara niyə tələbə krediti verilmir? - AÇIQLAMA
Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"
16:23 03.07.2026
Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"
Abşeronda oğurluq edən 3 nəfər saxlanıldı
15:58 03.07.2026
Abşeronda oğurluq edən 3 nəfər saxlanıldı
“Süni intellekt və rəqəmsallaşmanın birgə aparılması təhsilə böyük töhfə verəcək”
15:34 03.07.2026
“Süni intellekt və rəqəmsallaşmanın birgə aparılması təhsilə böyük töhfə verəcək”
Dünyada hava kəskin dəyişir – İsti, quraqlıq və leysanlarla bağlı xəbərdarlıq edildi
15:32 03.07.2026
Dünyada hava kəskin dəyişir – İsti, quraqlıq və leysanlarla bağlı xəbərdarlıq edildi
“Açıq Səma Altında Ağ Pərdə” layihəsi uğurla başa çatdı - FOTOLAR
15:19 03.07.2026
“Açıq Səma Altında Ağ Pərdə” layihəsi uğurla başa çatdı - FOTOLAR
Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - Video
14:59 03.07.2026
Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - Video
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
14:51 03.07.2026
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
Aqrar sektorla təhsil sahəsinin əməkdaşlığı müzakirə edildi
14:41 03.07.2026
Aqrar sektorla təhsil sahəsinin əməkdaşlığı müzakirə edildi
Sabunçu rayonunda 19 kiloqramdan artıq marixuana aşkarlandı
14:40 03.07.2026
Sabunçu rayonunda 19 kiloqramdan artıq marixuana aşkarlandı
İCMA və Marsol Group-dan Şimali Kipr naziri ilə görüş - FOTOLAR
14:38 03.07.2026
İCMA və Marsol Group-dan Şimali Kipr naziri ilə görüş - FOTOLAR
“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı
14:34 03.07.2026
“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı
Milli suverenliyin texnoloji dayaqları: Azərbaycanın yeni inkişaf mərhələsi
14:31 03.07.2026
Milli suverenliyin texnoloji dayaqları: Azərbaycanın yeni inkişaf mərhələsi
İran Ordu Komandanından sərt mesaj: "Qisasını alacağıq"
14:18 03.07.2026
İran Ordu Komandanından sərt mesaj: "Qisasını alacağıq"