Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib

Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
SİYASƏT
21:24 02.05.2025
576

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri və ictimai-siyasi dairələrin nümayəndələri ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) görüş keçirib.

Bu barədə BMTM məlumat yayıb.

Qeyd olunub ki, görüşdə ölkənin xarici siyasət prioritetləri, regional və beynəlxalq təhlükəsizlik çağırışları, Ermənistanla aparılan normallaşma prosesi, Azərbaycanın beynəlxalq platformalarda mövqelərinin gücləndirilməsi istiqamətində atılan addımlar və qarşıda duran strateji hədəflər müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR