Hikmət Hacıyev çinli nazirlə müzakirə apardı

Hikmət Hacıyev çinli nazirlə müzakirə apardı
SİYASƏT
20:04 24.04.2026
277
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Kiberfəza İdarəsinin naziri Çjuan Junvenlə ikitərəfli əməkdaşlığı müzakirə edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə H.Hacıyev özünün "X" hesabında məlumat paylaşıb.

"Azərbaycan və Çin arasındakı hərtərəfli strateji tərəfdaşlıq əsasında Çinin Kiberfəza İdarəsinin naziri cənab Çjuan Junvenlə ölkələrimiz arasında rəqəmsal inkişaf, sosial media və dezinformasiya və dipfeyklərlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı müzakirə etdik", - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR