Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri barədə paylaşım edib

Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri barədə paylaşım edib
SİYASƏT
09:39 18.04.2025
385
Bakıda akkreditasiyadan keçmiş diplomatik korpusun nümayəndələrinin Şuşa və Xankəndi şəhərlərinə səfəri başlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X” hesabında yazıb.

"Biz Bakıda akkreditasiyadan keçmiş diplomatik korpusun nümayəndələri ilə birlikdə Füzuli Hava limanına endik. Buradan Şuşa və Xankəndi şəhərlərinə səfər edəcəyik. Xankəndidə yerləşən Qarabağ Universitetinin tələbələrini ziyarət edəcəyik. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olacağıq” – deyə, H. Hacıyev qeyd edib.

OXŞAR XƏBƏRLƏR