Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

SİYASƏT
14:34 01.10.2024
213
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dördüncü "Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb.

Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, "Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

Onlar dövlət rəhbərliyinin ölkənin intellektual potensialının inkişafına yönəlik atdığı addımları, eləcə də "Yüksəliş” müsabiqəsinin bacarıqlı kadrların şəxsi və peşəkar inkişafına göstərdiyi dəstəyi xüsusi vurğulayıblar. H.Hacıyev qalibləri təbrik edərək, onların müsabiqədəki uğurlu nəticələrini Azərbaycan dövlətinin müasir idarəetmə sistemi və ölkənin inkişaf strategiyası üçün dəyərli töhfə adlandırıb.

Hikmət Hacıyev müsabiqənin mentorluq proqramında əldə edilən uğurları vurğulayaraq qaliblərin qarşılıqlı təcrübə əsasında liderlik qabiliyyətlərinin daha da gücləndiyini dilə gətirib. O, mentorluq proqramı çərçivəsində baş tutacaq növbəti görüşlərin qaliblərə böyük fayda verəcəyinə əmin olduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev "Yüksəliş” müsabiqəsinin mentorudur.

"Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca dördüncü "Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:32 11.02.2025

Beynəlxalq Elmi Konfransın materialları kitab şəklində çap olunub

16:27 11.02.2025

Tədris və iş bir arada – Kristal Abşeron və "Changers Academy"dən möhtəşəm fürsət!

16:24 11.02.2025

"Trampın Qəzza planı savaş elanıdır" - Fələstin rəsmiləri

16:21 11.02.2025

Azərbaycanlı jurnalist Qazaxıstanda nüfuzlu mükafata layiq görüldü – FOTOLAR

16:17 11.02.2025

“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi” yubiley medalı təsis ediləcək

16:16 11.02.2025

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planı təsdiqləndi

16:15 11.02.2025

Qəzzada ölənlərin sayı artdı

15:51 11.02.2025

Bu sosis məhsulunun tərkibində donuz əti DNT-si aşkarlandı - FOTOLAR

15:29 11.02.2025

"Rusiya USAİD-i nə üçün qadağan edibsə, Azərbaycan da "Rus evi"ni buna görə qadağan etdi"

15:21 11.02.2025

DYP-dən metohəssas sürücülərə MÜRACİƏT

15:20 11.02.2025

Rusiyalı blogerin oğlu xəstəxanaya yerləşdirildi

15:06 11.02.2025

"Rus evi": Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük

14:29 11.02.2025

Naftalanda Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub - FOTOLAR

14:20 11.02.2025

Hikmət Hacıyev Xankəndidən paylaşım etdi - VİDEO

14:15 11.02.2025

"İş saatlarının dəyişdirilməsi tıxacın azalmasına təkan verəcək" - Ekspert

14:09 11.02.2025

İsrail müxalifət lideri:Məhbus mübadiləsinin dayandırılmasına görə o məsuliyyət daşıyır