Hikmət Hacıyev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən danışdı

Hikmət Hacıyev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən danışdı
SİYASƏT
15:07 27.08.2022
368
"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına prosesi, ilk növbədə, ikitərəfli prosesdir. Prosesin də irəli getməsi üçün hər hansı vasitəçilik mexanizminə yox, asanlaşdırıcı addımlara ehtiyac var".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Avropa İttifaqı, o cümlədən Rusiya tərəfindən ikitərəfli əsasda buna müəyyən cəhdlər göstərilir, imkanlar təqdim edilir: "Azərbaycan da bunda maraqlıdır. Gündəlikdə duran məsələlər sülh müqaviləsi, delimitasiya, nəqliyyat, itkin düşmüş şəxslər və mina kimi humanitar problemlərdir. Bunlara da, ilk növbədə, Ermənistan tərəfi cavab verməlidir. Prezident İlham Əliyev Basqaldakı çıxışında bu məsələləri xüsusilə vurğulayıb”.

OXŞAR XƏBƏRLƏR