Hikmət Hacıyev: "Ermənistan ərazisindən Mingəçevir şəhərinə ballistik raket buraxılıb"

Hikmət Hacıyev: "Ermənistan ərazisindən Mingəçevir şəhərinə ballistik raket buraxılıb"
SİYASƏT
19:04 10.10.2020
3037
Ermənistan ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adı "SCUD" olan ballistik raketi buraxılıb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

"Hava hücumundan müdafiə qüvvələrimiz S-300-lə raketi məhv edib. Raketin buraxılma anında təhqiramiz erməni ifadələri səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır", - H. Hacıyev qeyd edib.
OXŞAR XƏBƏRLƏR