Hikmət Hacıyev: “Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir”

Hikmət Hacıyev: “Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir”
SİYASƏT
09:40 11.10.2020
725

Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın törətdiklərinə görə cəzasız qalmasının onu daha da hərbi cinayətlərə təhrik etdiyini deyib.

O bu barədə özünün "Twitter” hesabında paylaşım edib. 

Hikmət Hacıyev bildirib ki, Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir:

"Humanitar atəşkəsdən sui-istifadə edərək Ermənistan Gəncənin sıx məskunlaşmış yaşayış hissəsini atəşə tutdu. Ermənistan dayandırılmalıdır”.
OXŞAR XƏBƏRLƏR