Hikmət Hacıyev Fələstin səfirini qəbul etdi

Hikmət Hacıyev Fələstin səfirini qəbul etdi
SİYASƏT
20:08 04.03.2025
276
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Nasser Abdul Kərimi qəbul edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fələstin səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Səfir N.A. Kərim Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar göstərilən səmimi qəbula görə cənab H. Hacıyevə öz təşəkkürünü bildirib.

Görüş zamanı həmçinin iki dost ölkə, Fələstin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR