Hikmət Hacıyev Gəncə terrorunun ikinci ildönümü ilə bağlı paylaşım etdi - FOTO

Hikmət Hacıyev Gəncə terrorunun ikinci ildönümü ilə bağlı paylaşım etdi - FOTO
SİYASƏT
11:45 11.10.2022
156
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ikinci ildönümü ilə bağlı paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, o, bu barədə tvitter hesabında yazıb. 

H.Hacıyev bildirib ki, həmin hadisə müharibə cinayətidir: 

"2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistanın hərbi rəhbərliyi mülki əhali arasında maksimum itki vermək məqsədi ilə Gəncə, Bərdə, Tərtər və Azərbaycanın digər şəhərlərini qəsdən və ayrı-seçkilik etmədən ballistik raket zərbələri ilə bombalamağı əmr etdi”.

OXŞAR XƏBƏRLƏR