Hikmət Hacıyev: “Zəngəzur dəhlizinin qurulması istiqamətində işlər aparılır” - VİDEO

Hikmət Hacıyev: “Zəngəzur dəhlizinin qurulması istiqamətində işlər aparılır” - VİDEO
SİYASƏT
12:38 05.11.2021
375
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən VIII Qlobal Bakı Forumunda "Haber Global”ın suallarını cavablandırıb.

Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinin birinci ildönümünə dair bayram tədbirlərinə toxunan Hikmət Hacıyev bildirib ki, artıq 30 illik həsrətə son qoyulub və bir ildir Azərbaycan əvvəlki kimi Şuşa ilə bərabər yaşayır.

"Qələbənin 1-ci ildönümü hər bir evdə, hər kənddə, bütün məmləkətimizdə böyük bayram kimi qeyd olunacaq”, - deyə H.Hacıyev söyləyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın qarşısında işğaldan azad edilən torpaqlarda böyük quruculuq işlərinin görülməsi vəzifəsi durur:

"Qarabağ ərazisi Ermənistan tərəfindən demək olar ki, tamamilə dağıdılıb, məhv edilib”.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan tərəfindən dünyada bəlkə də misli-bərabəri olmayan tikinti-quruculuq işləri həyata keçirilib.

"Artıq Füzulidə hava limanımız var. Qarabağda 12-13 yeni yol çəkilişi həyata keçirilir. Dəmir yolu xətləri çəkilir. Zəngəzur dəhlizinin qurulması istiqamətində işlər aparılır. Çox gözəl planlarımız var. Azərbaycan bu quruculuq işləri ilə Ermənistan vandalizminə qarşı xalqımızın quruculuq mədəniyyətini ortaya qoymuş olacaq”.

H.Hacıyev Zəngəzur dəhlizi məsələsinə də toxunub, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imza atdığı üçtərəfli razılaşmada Azərbaycanla Naxçıvan arasında dəhlizin açılmasının təsbit edildiyini xatırladıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək