Hikmət Hacıyev Qazaxıstan səfiri ilə əməkdaşlığı müzakirə etdi

Hikmət Hacıyev Qazaxıstan səfiri ilə əməkdaşlığı müzakirə etdi
SİYASƏT
15:34 14.01.2026
370
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Səfirlikdən AZXEBER.COM-a verilən məlumata görə, tərəflər ötən il ərzində ikitərəfli əməkdaşlığın yekunlarını nəzərdən keçirib və yaxın perspektiv üçün planları müzakirə ediblər.

Alim Bayel qarşılıqlı səfərlərin yüksək dinamikasını əməkdaşlığın intensivliyinin mühüm göstəricisi kimi qeyd edib. Son üç il ərzində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana altı dəfə səfər edib, Prezident İlham Əliyev isə Qazaxıstana beş dəfə səfərdə olub.

Qeyd olunub ki, 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişəyə son qoyulub. Sülh yolu ilə nizamlanmaya dair tarixi Bəyannamə imzalanıb. Qazaxıstan da sülh prosesinə öz töhfəsini verərək 2024-cü ildə Azərbaycan–Ermənistan danışıqları üçün platforma təqdim edib. Rəmzi və praktiki əhəmiyyət daşıyan fakt ondan ibarətdir ki, 30 il ərzində ilk dəfə Azərbaycan ərazisindən Ermənistana buraxılan yük məhz Qazaxıstan buğdası olub. Tərəflər kommunikasiyaların bundan sonra da açılmasının vacibliyini qeyd ediblər.

2025-ci ilin əhəmiyyətli hadisələrindən biri Azərbaycanın Mərkəzi Asiya liderlərinin zirvə görüşləri formatına tamhüquqlu şəkildə qoşulması olub. Qazaxıstan bu prosesə hərtərəfli dəstək göstərib. Qazaxıstanın lideri Kasım-Jomart Tokayev Azərbaycan mətbuatına verdiyi şərhdə Azərbaycanın C5 + ABŞ formatında iştirakını görməkdən məmnun olacağını bildirib.

Tərəflər birgə investisiya fondunun imkanlarından istifadə etməklə iqtisadi və sənaye kooperasiyasının gücləndirilməsinin zəruriliyini, nəqliyyat-logistika və enerji əməkdaşlığının bundan sonra da inkişaf etməsinin vacibliyini vurğulayıblar. Həmçinin beynəlxalq və regional gündəliyə dair məsələlər müzakirə edilib. Qazaxıstanın və Azərbaycanın Avrasiya məkanında yeni geosiyasi və geoiqtisadi arxitekturanın formalaşdırılmasında birlikdə fəal iştirak etməsi qeyd olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib