Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi təltif edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev "X” hesabında bildirib.
Səfirin sözlərinə görə, Volodomir Zelenski beynəlxalq tərəfdaşları dövlət mükafatları ilə təltif edib və bu çərçivədə Hikmət Hacıyev Ukraynanın III dərəcəli "Ləyaqət Ordeni” ilə təltif olunub.
President of Ukraine @ZelenskyyUa has honored international partners with state awards.
— Yuriy Husyev (@Husyev) August 24, 2026
Among the recipients is Assistant to the President of Azerbaijan @HikmetHajiyev, awarded the Order of Merit, (3rd Class).
Congratulations and thank you for cooperation! 🇺🇦🇦🇿 pic.twitter.com/xU9QE07kka











































