Hikmət Hacıyev: “Azərbaycan-Özbəkistan dostluğu əbədi dostluq xarakteri daşıyır”

Hikmət Hacıyev: “Azərbaycan-Özbəkistan dostluğu əbədi dostluq xarakteri daşıyır”
SİYASƏT
14:34 23.08.2026
360
Özbəkistanla Azərbaycan arasındakı münasibətlər artıq strateji müttəfiqlik xarakteri daşıyır.

AZXEBER COM xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Özbəkistanda "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"yə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 2020-ci ildə iki dövlət başçısının təmaslarından sonra Özbəkistan və Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyub:

"Həmin dövrdən etibarən iki dövlət arasında münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə çatıb. İndi isə əbədi dostluq münasibətləri xarakteri daşıyacaq. Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir və biz belə bir addımı iki dəfə Özbəkistanla atırıq. Onsuzda xalqlarımız əbədi dostu idilər. Çünki Azərbaycan və Özbəkistan tarixinə baxsaq, bizim aramızda o qədər bağlantılar var. Bunu hətta biz Əlişir Nəvainin əsərlərində, digər özbək ədiblərin əsərlərində də görə bilərik".

Hikmət Hacıyev bildirib ki, tarixi əsnada mövcud olan Azərbaycan-Özbəkistan ədəbi dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır:

"Yəni, bu səfər Azərbaycan üçün çox mühüm xarakter daşıyır. Çünki Azərbaycan və Özbəkistan ilk növbədə qardaş xalqlardır. Qardaş xalqlar olaraq bizim aramızdakı əlaqələr dövlət başçılarımızın səyləri nəticəsində bu günləri müttəfiqlik xarakteri daşıyır və Özbəkistan-Azərbaycan münasibətləri bu gündə həmkarlarımıza izah etdiyim kimi müttəfiqlikdən də yeni bir mərhələyə, əbədi dostluq münasibətləri səviyyəsinə qalxır.

Bu gündən artıq siyasi müstəvidə bu əbədi dostluq xarakteri daşıyacaq. Ona görə də hesab edirik ki, bu səfər Azərbaycan-Özbəkistan qardaşlıq, müttəfiqlik və əbədi dostluq münasibətlərində yeni mərhələ olacaqdır. Qardaş Özbəkistana da bu qonaqpərvərliyə görə ayrıca təşəkkür edirik və eyni zamanda təbrik edirik. Özbəkistan mediasında cənab Prezidentin Özbəkistan-Azərbaycan əlaqələri ilə bağlı geniş bir müsahibəsi dərc edildi və cənab Prezident orada qeyd edib ki, biz hər dəfə Özbəkistana gələndə sevinirik".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
09:00 11.10.2026
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
08:52 11.10.2026
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
08:43 11.10.2026
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
08:36 11.10.2026
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
08:30 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb