Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyənin "Haber Global" telekanalının canlı yayımında qonaq olub.
AZXEBER.COM xəbər verir ki, Hikmət Hacıyevin aparıcının Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Qarabağda hərbi təlimlərə cəlb edilməsiylə bağlı sualına cavab verib.
Prezidentin köməkçisi deyib ki, bizim mədəniyyətimizə görə kimliyindən asılı olmayaraq qadınların əməlinə qiymət verməkdən çəkinərik: "Mən sadəcə "təəssüf" deyə bilərəm. Bizim kültürümüz elədir ki, biz qadınları heç vaxt danışmarıq, qadınların əməlinə qiymət verməkdən çəkinərik. Ancaq burada görünən odur ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı fobiya, nifrət var. Bu siyasət dövlət səviyyəsində aparılır. Məsələn: Türk diplomatlarını öldürən Monte Melkonyan bu gün Ermənistanın Milli Qəhrəmanıdır".
Həmin videonu təqdim edirik: