Prezidentin köməkçisi Hikmət Hacıyev Həsən Cəlal Dəvlanın nəslindən olan Həsən Cəlal Allahverdibəyovun məzarüstü abidəsi ilə bağlı paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X” hesabında paylaşım edib.
Paylaşımda bildirilir ki, XX əsrin əvvəllərinədək sözügedən nəslin nümayəndələri öz məşhur əcdadlarının - Alban hökmdarı və Gəncəsər monastırının banisi Həsən Cəlal Dəvlanın adını nəsildən-nəslə yaşadıblar.
Hikmət Hacıyev qeyd edib ki, Həsən Cəlal Allahverdibəyovun məzarüstü abidəsi əsrlər boyu davam edən tarixi varisliyin və əcdadların yaddaşının maddi sübutudur.
Qeyd edək ki, Həsən Cəlal Dəvla XIII əsrdə Qarabağda hakim olmuş hökmdar kimi tanınır.
The grave monument of Hasan Jalal Allahverdibekov, a descendant of Hasan Jalal Dawla. Until the beginning of the 20th century, members of this lineage continued to bear the name of their illustrious ancestor — Hasan Jalal Dawla, the Albanian ruler and founder of the Gandzasar Monastery — passing it down through generations. This monument stands as a tangible testament to centuries of historical continuity and ancestral memory. #AlbanianChurch #Christianity
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 12, 2026











































