Hikmət Mirzəyev Cavanşir Qurbanovun ailəsini ziyarət etdi - FOTOLAR

Hikmət Mirzəyev Cavanşir Qurbanovun ailəsini ziyarət etdi - FOTOLAR
SOSİAL
11:49 26.05.2025
739
Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, müdafiə nazirinin müavini, Vətən Müharibəsi qəhrəmanı Hikmət Mirzəyev Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti, mərhum Cavanşir Qurbanovun ailəsini ziyarət edib.

AZXEBER.COM xəbər verir ki, H.Mirzəyev bir neçə gün əvvəl rəhmətə gedən C.Qurbanovun xanımına və ailə üzvlərinə başsağlığı verib.

Xatırladaq ki, Əməkdar bədən tərbiyəsi və idman xadimi Cavanşir Qurbanov mayın 21-də 78 yaşında dünyasını dəyişib.

Cavanşir Qurbanov "Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenli, beynəlxalq dərəcəli hakim, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri olub.

O, 1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, 1995-2006-cı illərdə AGF-nin I vitse-prezidenti, 2006-2017-ci illərdə qurumun regionlar üzrə vitse-prezidenti olub. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub.

C.Qurbanov 2024-cü ilin mart ayında Prezidenti İlham Əliyev tərəfindən ölkənin ən ali medalı "Heydər Əliyevin 100 illik yubiley medalı” ilə təltif edilib.

Qeyd edək ki, Cavanşir Qurbanov AYB-nin üzvü, Prezident təqaüdçüsü Cəlal Qurbanovun atasıdır. C.Qurbanov saytımıza açıqlamasında general-polkovnik Hikmət Mirzəyevə öz təşəkkürünü çatdırıb:

"Bu gün ailəmizin ağır günündə yanımızda olan, evimizi ziyarət edib anamıza və ailəmizin böyüyünə başsağlığı verən dəyərli insan Vətən müharibəsi qəhrəmanı, General-polkovnikHikmət Mirzəyevə ailəmiz adından dərin təşəkkürümü bildirirəm. Səmimi kəlmələri, diqqəti və mənəvi dəstəyi bizə böyük təsəlli oldu.
Eyni zamanda, ailəmiz adından Hikmət müəllimin bacısının vaxtsız vəfatı ilə bağlı dərin hüznlə başsağlığı veririk.
Dünən keçirilən qırx mərasimi münasibətilə mərhuməyə Allahdan rəhmət, bütün yaxınlarına səbir və dözüm arzu edirik. Qoy Uca Allah bütün dünyasını dəyişənlərə rəhmət etsin".
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
23:02 11.03.2026
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
22:55 11.03.2026
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
22:54 11.03.2026
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
22:48 11.03.2026
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
22:40 11.03.2026
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
22:26 11.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTOLAR
22:25 11.03.2026
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTOLAR
Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi
22:10 11.03.2026
Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi
Dardanel boğazı müvəqqəti bağlandı
22:07 11.03.2026
Dardanel boğazı müvəqqəti bağlandı
Antonio Koşta Bakıda səmimi qəbula görə İlham Əliyevə təşəkkür edib
21:59 11.03.2026
Antonio Koşta Bakıda səmimi qəbula görə İlham Əliyevə təşəkkür edib
İyirmi ikinci günün duası - İmsak və iftar vaxtı
21:57 11.03.2026
İyirmi ikinci günün duası - İmsak və iftar vaxtı
Polis İqbolu saxladı
21:52 11.03.2026
Polis İqbolu saxladı
Külli miqdarda mənimsəmədə ittiham olunan vəzifəli şəxsə hökm oxundu
21:43 11.03.2026
Külli miqdarda mənimsəmədə ittiham olunan vəzifəli şəxsə hökm oxundu
Nigeriyanın daha üç vətəndaşı İrandan Azərbaycana təxliyə olunub
21:34 11.03.2026
Nigeriyanın daha üç vətəndaşı İrandan Azərbaycana təxliyə olunub
Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra İŞDƏN ÇIXARILDI - Foto
21:31 11.03.2026
Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra İŞDƏN ÇIXARILDI - Foto
Tramp: ABŞ İrana zərbələri əvvəlki intensivliklə davam etdirəcək
21:27 11.03.2026
Tramp: ABŞ İrana zərbələri əvvəlki intensivliklə davam etdirəcək