AZXEBER.COM-un müsahibi uzun illərdir ki, qızıl satışı ilə məşğul olan, qiymətli daşlar üzrə mütəxəssis, peşəkar zərgər Hikmət Rüstəmovdur.
- Mən Hikmət Rüstəmov 14 ildir ki, zərgərlik fəaliyyəti ilə məşğulam. Ailəmin razılığı ilə bu sahəyə gəlmişəm. Zaman keçdikcə bu sahəyə daha çox marağım yaranıb. İlk zamanlarda yaşımın az olmasından dolayı ailə məcburiyyəti ilə fəaliyyətə başlasam da, zaman keçdikcə daha çox sevməyə başladım. İşin çətinliklərini, marağını gördükcə gördüyüm işə marağım daha da artdı.
- Azərbaycanda qiymətli daşlarla bağlı vəziyyət necədir?
- Azərbaycanda qiymətli daşlara, ümumiyyətlə zərgərlik məmulatlarına tələbat yüksəkdir. Qafqaz xalqlarında zinət əşyalarına xüsusi maraq var. Bizim ölkədə də bu tələbat olduqca yüksək səviyyədədir. Qiymətli daşlardan xüsusən brilianta üstünlük verilir. Digər rəngli daşlar, yəni zümrüd, sapfir kimi daşlara tələbat nisbətən azdır. İnsanların zövqləri olduqca müxtəlifdir, hamı eyni model və ya eyni qaş-daşı bəyənmir.
- Xarici brendlərlə Azərbaycanın zərgərlik məmulatlarını və qiymətli daşlarını necə müqayisə edərdiz?
- Təəssüf ki, fərq böyükdür. Bizim ölkədə bu sahənin inkişaf tarixi daha qısadır. Başqa xarici ölkərin isə bu sahədə inkişaf yolu daha yüksəkdir. Azərbaycanda bu sahə üzrə elm, təhsil ala biləcək yerlər yox səviyyəsindədir. Bu da təbii ki, bu sahənin genişlənməsinə və inkişafına mane olur. Onu da vurğulayım ki, bu sahə üzrə Azərbaycanda kifayət qədər ixtisaslı kadrlar var. Mən bu fərqi əsasən Avropadakı sərgilərlə müqayisədə daha çox görürəm. İtalyan zərgərliyi mənim üçün zirvə sayılır. Onlarla aramızdakı fərqi qapatmalıyıq və biz bunu bacara bilərik.
- Sizcə Azərbaycanda bu sənəti inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?
- İlk olaraq istərdim ki, ölkəmizdə zərgərliklə bağlı təhsil ocaqları, bu sahə ilə bağlı fakültələr yaransın. Mən bu sahəyə yeni gələndə müəyyən çətinliklərlə qarşılaşmışam. Bəzi məlumatları öyrənnmək üçün ustalardan məlumatlar alırdım. Amma bu cür praktik biliklərlə kifayətlənməyin doğru olmadığını hesab edirəm. Ali səviyyədə bu sahənin bilikləri öyrədilməlidir.
- Hansı ölkəni bu sahədə daha öndə və inkişaf etmiş hesab edirsiniz? Nə üçün?
- Mənim üçün zərgərlik üzrə ən inkişaf etmiş ölkə İtalyan zərgərliyidir. Bunun isə bir çox səbəbləri var. Ən birinci səbəb olaraq onu deyə bilərəm ki, bizim alıcıların sahədə biliyi çox azdır və işin keyfiyyətinə önəm verilmir. Bu böyük bir problemdir və bu inkişafa böyük təsir göstərir. Məsələn, zərgərin öz biliyinin məhsulunu, öz ideyasını müştərisinə çatdırması çox çətin olur. Bizim insanların əsas düşüncəsi hər hansısa bir brenddir. Bu brendlərə fokslanırlar, amma yeniliyə açıq deyillər. İnsanların düşüncəsində dəyişiklik olacağı təqdirdə zərgərliyin inkişafının yüksəlməsi mümkündür. Burada ən böyük fərq ondan ibarətdir ki, xaricilər əl əməyinə xüsusi önəm verirlər. İtalyan zərgərlərinin inkişaf etməsində də bu faktorun önəmli olduğunu düşünürəm. Xarici zərgərlər görürlər ki, alıcılar onun əl əməyinə önəm verir, onların da bu sahə üzrə inkişafına daha çox motivasiyaları olur.
- Əgər bizdə bu sektor inkişaf etsə, mütəxəssislər yetişsə və biz xarici bazara öz brendlərimizi çıxara bilsək bunun ölkəmiz üçün nə kimi əhəmiyyəti ola bilər?
- Azərbaycanda bu sektoru inkişaf etdirmək bizim ölkə üçün xüsusi əhəmiyyət daşıyacaq. Azərbaycanın milli ornamentləri, insanların qabiliyyətləri digər ölkələrlə müqayisədə daha çoxdur, bizdə potensial var. Bizim də məmumatlarımız xarici bazara çıxmalıdır. Mənim hədəflərimdən biri də məhz budur – gələcəkdə Azərbaycan brendini xarici ölkələrə çıxarmaq.
- Bəzən qiymətli daşların saxtasını yaradıb mübadilə etməyə çalışırlar. Qiymətli daşlarla onun saxtasını necə fərqləndirmək olar?
- Təəssüf ki, bir çox sahələrdə olduğu kimi burada da saxtakarlığa yol verən insanlar var. İnsanlar bəzən xırda bir zinət əşyası üçün kifayət qədər pul xərcləyir. Bu qədər pulun qarşılığında saxtakarlıq etmək doğru deyil. Texnologiyanın inkişaf etməsindən dolayı ayırd etmək çox çətinləşib. Alıcının bu faktorları ayırd etməsi mümkünsüzdür. Ona görə də yaxşı olardı ki, insanlar sertifikatlı məhsullara üstünlük versinlər. Aldıqları məhsulu mütəxəssisə də göstərmələri çox yaxşı olardı.
- Mənim öz komandam var. Onların hər birinin inkişafı üçün əlimdən gələni edirəm. Onları xarici ölkələrdə traininglərə göndərirəm. Onu da vurğulayım ki, mən dünya praktikasını Azərbaycanda tətbiq etməyə çalışıram. Bizə alıcılar gələndə brend malların hazırlanmasını istəsə də, mən onlara təklif edirəm ki peşəkar dizaynerlərin də fikirlərini alsınlar. Bəzən müştərinin ideyası ilə, mənim ideyamı qarışdırıb mükəmməl bir iş ortaya qoyuruq.
Ayşən Mirzəyeva,
Hüseyn Həsənov
Hüseyn Həsənov