Hilal Məmmədovdan sensasion bəyanat

Hilal Məmmədovdan sensasion bəyanat
SİYASƏT
18:20 28.08.2013
1828
Azərbaycanda talış dilində nəşr edilən yeganə qəzetin - "Tolışi sədo" qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədov bəyanat yayıb. AZXEBER.COM həmin bəyanatı təqdim edir:Yaşasın vahid EVİMİZ Azərbaycan!Məlum olduğu kimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyev bildirmişdir ki, “hər bir şəxsin milli mənşəyi, onun qürur mənbəyidir. Və mən fəxr edirəm ki, azərbaycanlıyam”.Mən də ictimai-siyasi baxışlarıma görə həmişə öz milli-etnik mənşəyimlə fəxr etməklə yanaşı, dünya tarixinə və mədəniyyətinə silinməz izlər salan qədim Azərbaycan torpağında doğulub yaşamağımla şərəf, qürur hissi duymuşam.Azərbaycan burada yaşayan bütün xalqların-Azərbaycan türklərinin, talışların, ləzgilərin, kürdlərin, tatların, yəhudilərin, rusların və s. millətlərin doğma yurdu olmuş və bu müqəddəs diyarın hər bir dərd-sərində, problemlərində və ya şənliklərində də vahid mövqedə olmuşlar.Keçən əsrin 80-ci illərin sonlarından başlanan Qarabağ probleminin həllində də bu xalqların bütün nümayəndələri çiyin-çiyinə verərək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda birgə mübarizə aparmışlar.1969-cu ildən 1987-ci ilə kimi ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə milli azlıqların etnik mədəniyyətlərinin tərəqqisində, onların folklor ansambllarının yaradılmasında və təbliğində mühüm addımlar atılmışdır. Əfsuslar olsun ki, sonralar məlum siyasi proseslərdən (1987-992-ci illər) sonra bu işdə diqqətsizlik yaranmışdır. Məhz Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin apardığı iqtisadi-siyasi fəaliyyəti nəticəsində ölkəmizdə kifayət qədər yeni, orijinal tikintilər-parklar, istirahət ocaqları, elm təhsil müəssisələri və s. qurulur.Milli azlıqların folklor kollektivin təbliğində onların ana dillərindəki təlim-təhsil proseslərində müəyyən müsbət addımlar atılmaqla yanaşı, ümidvarıq ki, bu xoşməramlı niyyət daha da inkişaf edəcəkdir.Bu gün ölkəmiz iqtisadi tərəqqi etməklə yanaşı, beynəlxalq aləmdə də mühüm rolu ilə seçilməkdədir. Bu da prezident İlham Əliyevin peşəkar diplomat kimi apardığı daxili və xarici siyasətin nəticəsidir.Mən istər həbsimdən öncə, istərsə də sonra həmişə ölkəmizin hüquqi və demokratik dövlət kimi yüksək səviyyədə tərəqqisi naminə aparılan işləri dəstəkləmiş və bu yolda əlimdən gələn heç nəyi əsirgəməmişəm və bundan sonra da vətənim Azərbaycan üçün əsirgəməyəcəyəm.Azərbaycanda kompakt şəkildə yaşayan talış xalqının nümayəndəsi olmağımla fəxr etdiyim kimi, azərbaycanlı olmağımla da qürur duyuram.Azərbaycan burada yaşayan bütün vətəndaşların və xalqların parçalanmaz EVİDİR!Məhz bu EVİN daha da inkişafı və tərəqqisi naminə əlimdən gələni etməyə hazıram.Yaşasın bu EVİN səadətli gələcəyi!Yaşasın Azərbaycan xalqı!Məmmədov Hilal Əlif oğlu
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib
22:35 10.03.2026
Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib