Hilari Klinton Çinə səsləndi

DÜNYA
13:11 03.05.2012
2265
ABŞ dövlət katibi Hilari Klinton Çini İran, Şimali Koreya və digər gərgin zonalara təzyiqi artırmaqda kömək etməyə çağırıb. Çində səfərdə olan xanım Klinton 2-günlük "ABŞ-Çin Strateji və İqtisadi Dialoq" adlı forumun açılış mərasimindəki nitqində Çini insan haqlarına hörmət etməyə də çağırıb, lakin bu yaxınlarda ev həbsindən qaçaraq Çindəki ABŞ səfirliyinə sığınan dissident Çen Quançenin adını çəkməməyə çalışıb. İki ölkə arasında münasibətlərin gərginləşməsinə baxmayaraq, Hilari Klinton bildirib ki, Birləşmiş Ştatlar Çinin İran və Şimali Koreyanın nüvə fəaliyyətinin qarşısını almaqda və Suriya hökumətinə təzyiq göstərməkdə kömək edəcəyinə ümid edir. "Birləşmiş Ştatlar və Çini İranın nüvə silahı əldə etməsinin qarşısını almaq kimi bir məqsəd birləşdirir. İranın öz beynəlxalq öhdəliklərini yerinə yetirməməsi və öz nüvə fəaliyyətinin dinc məqsədlərə xidmət etdiyini sübut etməsi üçün birlikdə təzyiqləri davam etdirməliyik", - Hilari Klinton belə deyib.

OXŞAR XƏBƏRLƏR