Avstraliyanın Pert şəhərindən 17,6 km cənubda, Hind okeanında 5,8 maqnitudada zəlzələ baş verib.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 01:15-də qeydə alınıb.
Zəlzələnin episentri Qərbi Hindistanın Antarktika sualtı silsiləsi ərazisində olub.
Yeraltı təkanların intensivliyinə əsasən, zəlzələ "dağıdıcı” kimi qiymətləndirilir.
ABŞ-nin Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,9 qiymətləndirib. Məlumata görə, zəlzələ ocağı 9 km dərinlikdə yerləşib.