Hind okeanında 5,8 maqnitudada zəlzələ olub

Hind okeanında 5,8 maqnitudada zəlzələ olub
DÜNYA
09:46 09.06.2025
272
Avstraliyanın Pert şəhərindən 17,6 km cənubda, Hind okeanında 5,8 maqnitudada zəlzələ baş verib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 01:15-də qeydə alınıb.
 
Zəlzələnin episentri Qərbi Hindistanın Antarktika sualtı silsiləsi ərazisində olub.

Yeraltı təkanların intensivliyinə əsasən, zəlzələ "dağıdıcı” kimi qiymətləndirilir.

ABŞ-nin Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,9 qiymətləndirib. Məlumata görə, zəlzələ ocağı 9 km dərinlikdə yerləşib.
OXŞAR XƏBƏRLƏR