Mehdiyevlərin bankı BOKT olur – Aktivlər və öhdəliklər ABB-yə ötürülür

Mehdiyevlərin bankı BOKT olur – Aktivlər və öhdəliklər ABB-yə ötürülür
SOSİAL
16:04 06.03.2026
1315
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, Bank BTB ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.
 
AZXEBER.COM AMB-yə istinadən xəbər verir ki, bu çevrilmə istiqamətində zəruri tədbirlər "Bankların yenidən təşkili haqqında Qaydalar" ilə müəyyən edilmiş prosesə uyğun olaraq tənzimləyici qurumun nəzarəti altında həyata keçiriləcək.

Bu çərçivədə, Bank BTB ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankı ASC (ABB) arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanıb. Bu müqaviləyə uyğun olaraq "Bank BTB"də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaq. Həmçinin, Bank "BTB"yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcək. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və Bank BTB ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaq.

Beləliklə, Bank BTB ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.

Bank BTB ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində isə 0.6% təşkil edir.
Qeyd edək ki, Bank BTB ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur. Bank BTB-nin əsas səhmdarı olan Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransada genişmiqyaslı etirazlara qatılanların sayı açıqlandı
22:11 05.11.2026
Fransada genişmiqyaslı etirazlara qatılanların sayı açıqlandı
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
22:01 05.11.2026
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində iki qardaş qətlə yetirilib
21:50 05.11.2026
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində iki qardaş qətlə yetirilib
Türkiyədə üç fərqli yerdə səkkiz nəfər öldürüldü: Şübhəli şəxs müəyyən edildi
21:46 05.11.2026
Türkiyədə üç fərqli yerdə səkkiz nəfər öldürüldü: Şübhəli şəxs müəyyən edildi
Paraqvay prezidenti istefa verib
21:37 05.11.2026
Paraqvay prezidenti istefa verib
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
21:28 05.11.2026
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
21:20 05.11.2026
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
21:04 05.11.2026
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib