Hindistanın”Air India” aviaşirkəti geniş gövdəli təyyarələrin çatışmazlığı səbəbindən bu ilin sentyabrın 1-dən Dehli və Vaşinqton arasında birbaşa uçuşları dayandırmağı planlaşdırır.
"Uçuşların dayandırılması "Air India”nın donanmasında planlaşdırılan ixtisarlarla əlaqədardır, çünki ötən ay aviaşirkəti 26 ədəd "Boeing 787-8” təyyarəsinin modernləşdirilməsi üzrə genişmiqyaslı proqramın həyata keçirilməsinə başlayıb. Müştəri xidmətinin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına yönəlmiş bu proqram bir neçə təyyarənin ən azı 2026-cı ilin sonuna qədər istismardan çıxarılmasını nəzərdə tutur", - aviaşirkətin açıqlamasında deyilir.
"Air India” Toronto və Vankuver daxil olmaqla, Şimali Amerikada altı təyinat məntəqəsi ilə Hindistan arasında birbaşa uçuşları davam etdirəcək.
\report