Hindistan kosmosa "Aditya-L1” peykini buraxıb.
AZXEBER.COM xəbər verir ki, Hindistan "Aditya-L1” peykini uğurla kosmosa çıxarıb.
Hindistan Kosmik Tədqiqatlar Mərkəzi (ISRO) Günəşlə Yer arasındakı L-1 Laqranj nöqtəsinə yerləşdirilməsi planlaşdırılan peykin Günəşin ən kənar təbəqəsini və günəş küləklərini müşahidə etmək üçün uğurla göndərildiyini bildirib.
Aditya peyki yerli vaxtla saat 11:50-də Andhra Pradeş ştatındakı Şriharikota kosmodromundan orbitə buraxılıb.
Layihə ISRO-nun qərargahı Banqalurda yerləşən ilk Günəşin müşahidəsinə yönəlmiş missiyası olacaq.
Ayşən