Hindistan Gömrük İttifaqına qoşulmaq istəyir

DÜNYA
00:50 25.10.2013
1091

Hindistan Gömrük İttifaqına üzv olan ölkələrlə azad ticarət zonası haqqında müqavilə bağlamağı təklif edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Gömrük İttifaqının sammitində bəyan edib. “Yaxın dostumuz olan Hindistanın baş naziri bu günlərdə bizim qonağımız olub. O məndən bizim bugünkü görüşümüzdə Hindistan və Gömrük İttifaqı arasında azad ticarət zonası haqqında müqavilənin bağlanması barədə məsələyə baxılmasını xahiş edib”, deyə Putin bildirib. Onun sözlərinə görə, Hindistan bazarının həcmini və, bütövlükdə, Asiyanın inkişaf perspektivlərini nəzərə almaqla, bu təklifə ciddi baxılmalıdır. Rusiya prezidenti qeyd edib ki, Gömrük İttifaqının genişlənməsi bütün ölkələr üçün eyni şərtlər əsasında həyata keçirilməlidir.

OXŞAR XƏBƏRLƏR