Hindistanda sərnişinin kabin baqajı icazə verilən çəkidən iki dəfə çox olduğuna görə ondan əlavə rüsum tələb olunub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, əlavə ödənişi ödəmək istəməyən sərnişin aviaşirkətin əməkdaşlarına hücum edib.
Hindistan ordusunun üzvü olduğu iddia edilən hərbçi Ritesh Kumar Singh hava yollarının əməkdaşları tərəfindən təxribata məruz qaldığını iddia edib.
Bu arada, Sinqhın hava yolları işçilərinə hücum etməsinin görüntüləri Hindistan mətbuatında trendə çevrilib.
Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra Hindistan ordusu məsələ ilə bağlı araşdırmaya başladığını açıqlayıb.
Mikayıl