Hindistan Pakistana Fransa silahları ilə hücum edib?!

Hindistan Pakistana Fransa silahları ilə hücum edib?!
DÜNYA
02:19 07.05.2025
410
Pakistanın hava hücumundan müdafiə qüvvələri Hindistan Hərbi Hava Qüvvələrinə məxsus, Fransa istehsalı olan iki "Rafale" qırıcısını vurub.

Bu barədə "SAMAA" telekanalı İslam Respublikasının təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Digər bir məlumata görə, Pakistana hücumların Fransanın "SCALP" qanadlı raketlərindən istifadə edilməklə həyata keçirildiyi güman edilir.

Eyni zamanda, Hindistanla gərginlik fonunda Pakistanın Pəncab əyalətində fövqəladə vəziyyət elan edilib. Bildirilir ki, iki ölkə arasındakı sərhəddə artilleriya döyüşləri gedir.
OXŞAR XƏBƏRLƏR