Hindistan Pakistanın Yeni Dehlidəki səfirliyinin diplomatını "persona non qrata" elan edib.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Hindistan hökuməti Pakistanın Yeni Dehlidəki Ali Komissiyasında (Səfirlik - red.) vəzifəyə təyin edilmiş bir pakistanlı məmuru Hindistandakı rəsmi statusuna uyğun olmayan fəaliyyətlərlə məşğul olduğu üçün "persona non qrata" elan edib. Məmurdan 24 saat ərzində Hindistanı tərk etməsi tələb olunub", - məlumatda deyilir.