Hindistan və Böyük Britaniya birgə antiterror təlimlərinə başlayıb

Hindistan və Böyük Britaniya birgə antiterror təlimlərinə başlayıb
DÜNYA
21:20 17.11.2025
86
Hindistan və Böyük Britaniya "Ajeya Warrior 2025" adlı birgə antiterror hərbi təlimlərinə start verib.

Bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

14 günlük təlimlər BMT mandatına uyğun olaraq regional və qlobal təhlükəsizliyə dair öhdəliklərin nümayişi məqsədilə Hindistanın qərbində, Racastan ştatının Mahacan poliqonunda keçirilir.


Təlimlərdə hər iki ölkənin quru qoşunlarından 240 hərbi qulluqçu iştirak edir.

/APA
OXŞAR XƏBƏRLƏR