Hindistan XİN rəhbəri son beş ildə ilk dəfə Çinə səfər edəcək

Hindistan XİN rəhbəri son beş ildə ilk dəfə Çinə səfər edəcək
DÜNYA
23:06 11.07.2025
636
Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar son beş ildə ilk dəfə Çinə səfər edəcək.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
 
Hindistanın xarici işlər naziri Çinə səfərini bu həftə sonu edəcək.

Subrahmanyam Jaishankar Pekində çinli həmkarı Van İ ilə ikitərəfli görüş keçirəcək.

O, 14-15 iyul tarixlərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Tianjinə səfər edəcək.

OXŞAR XƏBƏRLƏR