Hindistanda 30 nəfər yandı - SƏBƏB

DÜNYA
13:17 29.11.2024
157
Hindistanda keçirilən anım tədbirində məşəllərdən sıçrayan alovun nəzarətdən çıxması nəticəsində ən azı 30 nəfər yaralanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətli şəxslər hadisə ilə bağlı araşdırmalara başlayıblar.
 
Hadisə 2009-cu il noyabrın 28-də Hindistanın Madhya Pradeş əyalətinin Xandva şəhərində baş verən hücumda həyatını itirənlərin xatirəsini anmaq üçün keçirilən tədbirdə baş verib.
 
Dünən axşam saatlarında keçirilən tədbirdə alovlandırılan məşəllər mərasimin sonunda söndürülməsi üçün tərsinə çevrilərək su ilə doldurulmuş qaba qoyularkən, birdən ətrafı alov bürüyüb.
 
Alov onlarla insanın bədənini bürüdüyündən böyük panika yaşanıb. Çoxlu insan ətrafa qaçıb və alov qısa zamanda söndürülüb.
 
Xəstəxanaya çatdırılan yaralılardan 18-in evə buraxıldığı, 12 nəfərin isə müalicəsinin davam etdiyi, xəsarət alanların həyati təhlükəsinin olmadığı bildirilib.
 
Oksana

OXŞAR XƏBƏRLƏR