Hindistanda ağlasığmaz qətl hadisəsi baş verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Haldvani şəhərində 30 yaşlı iş adamı sevgilisi və ilan təlimçisi də daxil olmaqla 5 nəfər tərəfindən qətlə yetirilib.
İş adamını kobra ilanı ilə öldürən şübhəlilərdən 4-ü qaçarkən, 1-i saxlanılaraq həbs edilib.
Haldvani şəhərində avtomobilində yol kənarında ölü tapılan iş adamının ayağında ilan sancması aşkar edən polis hadisəni araşdırarkən qan donduran iddia ilə qarşılaşıb.
İlan təlimçisi polis tərəfindən tutularaq həbs olunarkən, daha 4 nəfərin axtarışda olduğu bildirilir.
Kobra ilanı ilə törədilən qətl ölkədə gündəm olub.
Mikayıl