Hindistan keçirilən seçkilərin ilkin nəticələri: Modinin rəhbərlik etdiyi blok irəlidədir

Hindistan keçirilən seçkilərin ilkin nəticələri: Modinin rəhbərlik etdiyi blok irəlidədir
DÜNYA
11:11 04.06.2024
129
Hindistanda təxminən 6 həftə davam edən 7 mərhələdən ibarət ümumi seçkilərdə Modinin rəhbərlik etdiyi blok irəlidədir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Bharatiya Janata Partiyası (BJP) irəlidədir.

Seçkiqabağı və sonra aparılan sorğularda Modinin rəhbərlik etdiyi NDA-nın "əzici səs çoxluğu” ilə seçkidə qalib gələcəyi təxmin edilsə də, Hindistan blokunun ilk məlumatlarda göstərdiyi performans "sürpriz” kimi qiymətləndirilib.

BJP bütün exit-polllara görə açıq şəkildə irəlidə olsa da, üçüncü müddətə Baş nazir olmaq istəyən Modi BJP-nin rəhbərlik etdiyi NDA-nın ən azı 400 yer qazanmasını hədəfləyir.

Seçkilərin exit-poll nəticələrinə etibar etmədiyini bəyan edən müxalifət bloku əvvəlki seçkilərdən daha çox yer qazanacağını iddia edir.

Gülay
OXŞAR XƏBƏRLƏR