Hindistanda baş vermiş avtoqəzada azı 9 nəfər ölüb

Hindistanda baş vermiş avtoqəzada azı 9 nəfər ölüb
DÜNYA
09:05 07.10.2021
301
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində azı 9 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə "Hindustan Times” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə səhər saatlarında baş verib. Azı beş nəfərin vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis hadisəni araşdırmaq üçün əraziyə cəlb olunub.
OXŞAR XƏBƏRLƏR