Hindistanda bəbirin hücumuna məruz qalan uşaq öldü

DÜNYA
13:11 25.09.2024
152
Hindistanın Maharaştra əyalətində bəbirin hücumuna məruz qalan uşaq ölüb.

AZXEBER.COM "Asian News International"a istinadən (ANI) xəbər verir ki, faciəvi hadisəylə bağlı polis məsələyə qarışıb.

Polis əməkdaşları Tejivadi kəndində yaşayan uşağın yerli vaxtla saat 04:30 radələrində evinin arxasındakı meşəlik əraziyə getdiyini və orada bəbirin uşağa hücum etdiyini qeyd ediblər.

Qeyd edək ki, 9 yaşlı uşağın cansız cəsədi tapılıb və sakinlərə bəbirdən ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.

Hindistan mətbuatında mart ayından bəri bölgədə bəbir hücumları nəticəsində daha 5 nəfərin öldüyü bildirilir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR